• Bakı C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Netanyahu-Zelenski görüşü niyə baş tutmadı?

SİYASƏT

25 Mart 2026 | 17:24

Netanyahu-Zelenski görüşü niyə baş tutmadı?

İsrail Baş naziri Benyamin Netanyahu ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında danışıq hələlik texniki səbəblərə görə baş tutmayıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu İsrailin Ukraynadakı səfiri Mixail Brodski deyib.

“Ümid edirəm ki, bu, yaxın günlərdə baş tutacaq. Dəqiq mövzunu bilmirəm. Danışıqlar üçün İsrail tərəfindən müraciət edilib. Düşünürəm ki, əsas məsələ Yaxın Şərqdəki və İrandakı vəziyyəti müzakirə etməkdir”, - səfir bildirib.

Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahunun Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlar aparmaq üçün müraciət göndərdiyi barədə məlumat yayılmışdı. /Axar.az


SON XƏBƏRLƏR

24 Mart 2026