• Bakı C

    7.32 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Pentaqon Yaxın Şərqə 2000-ə yaxın desant göndərir

DÜNYA

25 Mart 2026 | 10:22

Pentaqon Yaxın Şərqə 2000-ə yaxın desant göndərir

ABŞ-nin Hərb Nazirliyi Yaxın Şərqə təxminən 2 000 desantçının göndərilməsini qərara alıb.

Bakıvaxtı.az xəbər verir ki, "The New York Times" belə bir iddia ilə çıxış edib.

Qəzetin məlumatına görə, 82-ci Hava-Desant Diviziyasının təcili reaksiya qüvvəsinin üzvləri Yaxın Şərqə göndəriləcəklər. Bildirilib ki, paraşütçülər İrana yaxın yerdə yerləşdiriləcəklər.

Ötən həftə "Fox News" "USS Boxer" amfibiya hücum gəmisi və 11-ci Dəniz Ekspedisiya Bölməsinin rəhbərlik etdiyi təxminən 4 500 dənizçi və dəniz piyadasından ibarət amfibiya hücum qrupunun Yaxın Şərqə yola düşdüyünü bildirib.


SON XƏBƏRLƏR

24 Mart 2026