25.03.2026-cı il tarixində saat 14:10 radələrində 2002-ci il təvəllüdlü şəxs (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından Bakıvaxtı.az-a verilən məlumata görə, baş, döş, qarın boşluğunun dəqiqləşdirilməmiş travması diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti ağır qiymətlətdirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.
***
14:50
Gəncədə bədbəxt hadisə baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin çıxışında Nizami məqbərəsinin yaxınlığında qeydə alınıb.
Belə ki, orta yaşlı qadın məqbərənin körpüsündən yıxılıb. Qadın dərhal xəstəxanaya çatdırılıb, ona yardım edilib.
Qadının hansı şəraitdə körpüdən yıxılması hələlik məlum deyil.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı bağlı aparılır. /Apa
Bakı 




