İran tərəfi 82-ci cavab əməliyyatları çərçivəsində ABŞ-nin Küveyt, Bəhreyn və Səudiyyə Ərəbistanı ərazisindəki hərbi obyektlərini hədəf alıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı ISNA informasiya agentliyi İran Silahlı Qüvvələrinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi açıqlamasına əsasən yayımlayıb.
"Həqiqi Vəd-4" əməliyyatının 82-ci mərhələsi Küveyt ərazisindəki ABŞ-yə məxsus "Arifcan", Səudiyyə Ərəbistanındakı "Əl-Xərc" bazalarına və ABŞ-nin KGL logistik müdafiə kompleksinə qarşı müvəffəqiyyətlə icra olunub. Bəhreyndə yerləşən "Şeyx İsa" aviabazasındakı "Patriot" radiolokasiya stansiyası, "P-8" kəşfiyyat təyyarələrinin mərkəzi, yanacaq çənləri, "MQ-9 PUA" anqarı və Küveytdəki "Əli əl-Salim" hava bazasında PUA-lar üçün rabitə peyki anteni məhv edilib", - deyə açıqlamada qeyd olunur.
Bakı 




