Naxçıvan Muxtar Respublikasında qədim su təminatı sistemlərindən olan kəhrizlərin qorunması və bərpası istiqamətində işlər aparılır.
Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən Bakıvaxtı.az-ın məlumata görə, hazırda qurumun qeydiyyatında 389 kəhriz mövcuddur.
Ötən il ərzində kəhrizlərin istismar vəziyyətinin yaxşılaşdırılması məqsədilə Ordubad rayonunda 8, Kəngərli rayonunda 21, Şahbuz rayonunda 1, Naxçıvan şəhərində isə 2 olmaqla, ümumilikdə 32 kəhrizdə cari təmir işləri aparılıb.
Hesabat dövründə 32 kəhrizdə ümumilikdə 4 161 metr kürə lil və bərk çöküntülərdən təmizlənib, 43 metr uzunluğunda saybənd hörülüb. Bundan əlavə, 3 quyuda çökmüş hissələr bərpa olunub, 2 yeni quyu qazılıb.
Bu ilin ötən dövründə isə Kəngərli rayonunda 4 kəhrizdə cari təmir işləri başa çatdırılıb, Ordubad rayonunda isə 1 kəhrizdə işlər hazırda davam edir. Bu müddətdə 223 metr kürə lildən təmizlənib, 2 metr yeni kürə qazılıb.
Həmçinin yanvarda 6 metr dərinliyində 1 quyu qazılıb, daha bir yeni quyuda fevral ayından başlanan qazma işləri hazırda davam etdirilir.
Bakı 




