• Bakı 12° C

    4.03 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Stavropolun energetika nazirinə cinayət işi açıldı

DÜNYA

26 Mart 2026 | 15:31

Stavropolun energetika nazirinə cinayət işi açıldı

Stavropol vilayətinin energetika, sənaye və rabitə naziri vəzifəsini icra edən İvan Kovalyov başlanmış cinayət işinin istintaqı çərçivəsində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Nazir öz vəzifə səlahiyyətlərini aşmaqda və qanunsuz məqsədlərlə istifadə etməkdə şübhəli bilinir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Energetika naziri Kovalyov davam edən cinayət işinin istintaq tədbirləri zamanı saxlanılıb. Ona qarşı irəli sürülən əsas şübhə vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlıdır", - deyə xəbərdə qeyd olunub.

Mənbə əlavə edib ki, qanunsuz əməllər nazirliyin nəzdində fəaliyyət göstərən kollec tələbələrinin istirahət bazasının yerləşdiyi Qara dəniz sahilindəki torpaq sahəsinin kommersiya məqsədilə icarəyə verilməsi ilə əlaqədardır.

Qeyd edək ki, bundan öncə Krasnodar diyarının səhiyyə naziri Yevgeni Filippov da vəzifə başında olarkən qanunsuz gəlir əldə etmə şübhəsi ilə Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşları tərəfindən nəzarətə alınmışdı. O, xidməti mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dələduzluq törətməkdə günahlandırılır.


SON XƏBƏRLƏR

25 Mart 2026