• Bakı C

    9.96 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Polis oğurluq edən 3 nəfəri saxladı

HADİSƏ

27 Mart 2026 | 12:11

Polis oğurluq edən 3 nəfəri saxladı

Sabunçu rayonunda bir nəfər yeni təmir etdiyi mənzili üçün aldığı kondisionerin avtomobilinin yük yerindən naməlum şəraitdə oğurlandığı barədə polisə məlumat verib.

Bakıvaxtı.az xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 39 yaşlı T.Muxtarov müəyyən edilərək saxlanılıb.

Sabunçu rayonunda polis əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı isə avtomobil ehtiyat hissəsini oğurlamaqda şübhəli bilinən 46 yaşlı E.Rzayev və evlərdən oğurluq edən əvvəllər məhkum olunmuş 26 yaşlı D.Qasımzadə də saxlanılar.

Faktlarla bağlı araşdırmalar aparılır.


SON XƏBƏRLƏR

26 Mart 2026