• Bakı 12° C

    12.08 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Hande Erçel sərbəst buraxıldı

ŞOU

27 Mart 2026 | 20:59

Hande Erçel sərbəst buraxıldı

İstanbulda “narkotik” istintaqı çərçivəsində hava limanında saxlanılan türkiyəli aktrisa Hande Erçel sərbəst buraxılıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Sözcü” məlumat yayıb. 

Bildirilib ki, İstanbul Prokurorluğu tərəfindən aparılan istintaqla əlaqədar axtarışda olan aktrisa Çağlayandakı İstanbul Məhkəməsinə gətirilib. İfadəsi alındıqdan sonra saç və qan nümunələri götürülməsi üçün Məhkəmə Tibbi Ekspertiza İdarəsinə aparılıb. Saç və qan nümunələri verdikdən sonra Erçel sərbəst buraxılıb.

Xatırladaq ki, saxlanma qərarı çıxan Hande Erçel təhsil səbəbi ilə xaricdə idi.

Qeyd edək ki, istintaq çərçivəsində 14 nəfər saxlanılmışdı.


SON XƏBƏRLƏR