• Bakı 11° C

    12.02 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Monqolustanın Baş naziri istefa verdi

DÜNYA

27 Mart 2026 | 14:44

Monqolustanın Baş naziri istefa verdi

Monqolustanın Baş naziri Qombojavin Zandanşatar Monqolustan Xalq Partiyasının (MPP) hakim şurasının qapalı iclasında istefa verib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə partiyanın baş katibi Yanquqyin Sodbaatar məlumat verib.

"Bu gün Monqolustan Xalq Partiyası Şurasının iclasında qlobal vəziyyətlə əlaqədar Monqolustanın üzləşdiyi sosial-iqtisadi çətinliklər və parlamentin fəaliyyətini dayandırması ilə bağlı məsələlər müzakirə olunub. İclas zamanı Baş nazir Qombojavin Zandanşatar könüllü olaraq istefa ərizəsi təqdim edib", - deyə hakim partiyanın baş katibi bildirib.

Sessiyanın çağırılmasının səbəbi, Böyük Xuraldakı (ölkə parlamenti) əsas müxalifət Demokrat Partiyasının (DP) fraksiyasının 19 martdan bəri sessiyalarda iştirak etməkdən imtina etməsidir. Müxalifət hakim partiyanın lideri kimi parlamentə deyil, hökumətə rəhbərlik etməli olduğunu bildirir.

Yanqugin Sodbaatar əlavə edib: "Partiya şuramız Baş nazir Qombojavin Zandanşatarın istefasını qəbul edib. MPP fraksiyası bu məsələni qanuna uyğun olaraq müzakirə edəcək. Qərar parlament komitələrinə və parlament üzvlərinə plenar iclasda təqdim olunacaq".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR