q
  • Bakı 13° C

    6.86 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Türk ölkəsi seçki qanunvericiliyini dəyişə bilər

DÜNYA

26 Aprel 2026 | 14:12

Türk ölkəsi seçki qanunvericiliyini dəyişə bilər

Qırğızıstanda prezident və parlament seçkilərinin keçirilmə qaydalarını dəyişdirəcək yeni qanun layihəsi hazırlanıb.

Bakıvaxtı.az xəbər verir ki, spiker Marlen Mamataliyev və deputat Dastan Bekeşevin təşəbbüsü ilə irəli sürülən sənədə əsasən, ölkədə “seçki ünvanı” anlayışı ləğv edilir. Bu isə vətəndaşlara istər ölkə daxilində, istərsə də xaricdə istədikləri məntəqədə səs vermək imkanı yaradır.

Seçki prosesində ciddiliyi təmin etmək məqsədilə namizəd və partiyaların sənəd verməzdən öncə seçki fondlarını yaratması və rəsmi ödənişi əvvəlcədən etməsi məcburi hala gətirilir.

Eyni zamanda, imzatoplama prosesi bulud texnologiyalı elektron imza vasitəsilə rəqəmsallaşdırılır və hər seçki məntəqəsi üzrə təbliğatçıların sayı maksimum 3 nəfərlə məhdudlaşdırılır.

Müəlliflər bildirirlər ki, bu dəyişikliklər əsassız müraciətlərin qarşısını alacaq və seçki prosesini daha stabil edəcək.


SON XƏBƏRLƏR

25 Aprel 2026