• Bakı 23° C

    1.87 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.3845

Rubio Ermənistanda bu sənədi imzalayacaq

DÜNYA

26 May 2026 | 09:37

Rubio Ermənistanda bu sənədi imzalayacaq

ABŞ-nin dövlət katibi Marko Rubio bu gün İrəvana səfəri zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla anlaşma memorandumu imzalayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin xarici siyasət idarəsi rəhbərinin iş qrafikində qeyd olunub. 

Sənədə əsasən, Rubio Mirzoyanla yerli vaxtla saat 15:30-da görüşəcək. Saat 16:00-da isə tərəflər hələlik məzmunu açıqlanmayan memorandumu imzalayacaqlar.

Qeyd edək ki, daha əvvəl Ermənistan Xarici İşlər Nazirliyi ABŞ dövlət katibinin səfəri çərçivəsində mediaya bəyanatlar, eləcə də iki ölkə arasında sənədlərin imzalanmasının gözlənildiyini açıqlamışdı.

 


SON XƏBƏRLƏR

25 May 2026