Türkiyədə ABŞ dolları rekord səviyyədə bahalaşıb. Bu gün qeydə alınan artım ekspertlər tərəfindən “dəhşətli hal” kimi qiymətləndirilib.
Bakıvaxtı.az xəbər verir ki, ötən gün qonşu ölkədə 1 dollar 45,72 lirəyə satılıb. Bu gün isə 1 dollar alıcılara 45,90 türk lirəsinə təklif olunub.
Günün sonuna kimi dolların ən azı 3 tl də bahalaşacağı gözlənilir.
Yerli iqtisadçılar bunu ana müxalifət partiyası olan CHP-nin ətrafında yaranmış ajiotajla əlaqələndiriblər. Qurban bayramından sonrakı ilk üç iş günündə 1 dolların 46 lirəyə yüksələcəyi proqnozlaşdırılıb.
Bakı 




