Səhər saatlarından etibarən Baki şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətlərinin başçıları, onların aparatı və aidiyyatı təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır.
Bu barədə Bakıvaxtı.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, bəzi ərazilərdə gün ərzində normadan dəfələrlə artıq yağan yağış nəticəsində kollektorlar tərəfindən suların kənarlaşdırılmasında problemlər yaranıb. Nəticədə bəzi ərazilərdə subasma halları müşahidə edilir, şəhər ərazisində belə ərazilər monitoring qrupları tərəfindən müəyyən edilərək aidiyyəti üzrə Azərbaycan Dövlət Su Ehtiyatları agentliyinə təqdim edilir.
Yağan yağışın fəsadlarının aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər davam etdirilir.
Bakı 




