Suriya Prezidenti Əhməd əl-Şəraa gələn həftə Almaniyaya səfər edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Al Hadath" portalı Almaniya hökumətinin nümayəndəsi Ştefan Korneliusa istinadən bildirib.
Onun sözlərinə görə, ilk səfəri çərçivəsində Suriya Prezidenti Almaniya Kansleri Fridrix Mertslə görüşəcək.
Əhməd əl-Şəraanın səfəri bu ilin yanvarına planlaşdırılsa da, Suriya tərəfi onun daha gec tarixə keçirilməsini xahiş etmişdi.
Portalın məlumatına görə, görüşdə suriyalı qaçqınların vətənə qayıtması məsələsi müzakirə olunacaq.
Bakı 




