q
  • Bakı 13° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Netanyahu Hizbullahı günahlandırdı

DÜNYA

26 Aprel 2026 | 16:25

Netanyahu Hizbullahı günahlandırdı

İsrailin Baş naziri Binyamin Netanyahu atəşkəsin pozulmasında Livandakı Hizbullah hərəkatını günahlandırıb.

Bakıvaxtı.az xəbər verir ki, o, həmçinin İsrail ordusunun "təhdidlərin qarşısını almaq" üçün Livan ərazisinə zərbələr endirməyə davam edəcəyini bildirib.

Netanyahu həftəlik kabinet iclasında deyib: "Livanla bağlı olaraq, İsrail Müdafiə Qüvvələrinin orada aktiv olmadığı təəssüratı yarana bilər. Ancaq ordumuz aktivdir və qətiyyətli hərəkət edir. Hizbullahın addımlarının atəşkəsi faktiki olaraq ləğv etdiyini başa düşmək lazımdır. Buna görə də, bizim əsas prioritetimiz İsrailin təhlükəsizliyi, əsgərlərimizin təhlükəsizliyi və vətəndaşlarımızın təhlükəsizliyidir". 

Əli Hüseynov


SON XƏBƏRLƏR

25 Aprel 2026