q
  • Bakı 13° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

İsrail BƏƏ-yə ölkəyə "Dəmir Qübbə" GÖNDƏRİB 

DÜNYA

26 Aprel 2026 | 17:06

İsrail BƏƏ-yə ölkəyə Dəmir Qübbə GÖNDƏRİB 

İsrail İrana qarşı hərbi əməliyyatın başlanğıcında Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) "Dəmir Qübbə" raketdən müdafiə sistemini göndərib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Axios" portalı öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, bu, sözügedən hava hücumundan müdafiə sisteminin ABŞ və İsrail hüdudlarından kənarda yerləşdirildiyi ilk hadisədir.

Mənbələr bildirir ki, İsrailin baş naziri Benyamin Netanyahu BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə danışığından sonra ölkə ordusunun bir "Dəmir Qübbə" batareyasının və bir neçə operatorun Əmirliklərə göndərilməsi barədə tapşırıq verib.

Fəaliyyət göstərdiyi müddət ərzində sistem onlarla İran raketini uğurla zərərsizləşdirib.


SON XƏBƏRLƏR

25 Aprel 2026