• Bakı 10° C

    12.02 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Dərbənddə Azərbaycan teatrı - Açılışını Putin etdi - YENİLƏNİB

SİYASƏT

27 Mart 2026 | 16:02

Dərbənddə Azərbaycan teatrı - Açılışını Putin etdi - YENİLƏNİB

Rusiya Prezidenti Vladimir Putin videobağlantı vasitəsilə Dərbənddə yenilənmiş Azərbaycan Musiqili Dram Teatrının açılışını edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

"Rusiya ilə Azərbaycan arasında münasibətlər ümumi tarixi keçmişin, o cümlədən mədəni irsin möhkəm bünövrəsi üzərində inkişaf edir. Qeyd etmək lazımdır ki, Bakıda 100 ildən çox əvvəl açılmış məşhur Rus Dram Teatrı olduqca uğurla fəaliyyət göstərir", - o bildirib.

***

14:18

Rusiya Prezidenti Vladimir Putin martın 27-də — Teatr Günü münasibətilə Dərbənddə yerləşən Azərbaycan Dövlət Musiqili Dram Teatrının yenidən qurulmuş binasının açılışını edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

Açılış mərasimi videokonfrans formatında keçiriləcək. Peskovun sözlərinə görə, bu tarixi teatrın kökləri XIX əsrə gedib çıxır. Vaxtilə Dərbənddə Azərbaycan ziyalıları tərəfindən yaradılmış türk dərnəyi sonradan Azərbaycan teatrına çevrilib.

Bildirilib ki, açılış günü münasibətilə Dərbəndə Azərbaycandan da qonaqlar gələcək.

Qeyd edək ki, teatrın yenidən qurulması 2025-ci ilin dekabr ayının sonunda başa çatıb. Binada 272 yerlik müasir tamaşa zalı yaradılıb, qrim otaqları, xidmət və texniki sahələr yenilənib. Teatr həmçinin müasir işıq və səs avadanlıqları ilə təchiz olunub.


SON XƏBƏRLƏR

26 Mart 2026