• Bakı 12° C

    12.08 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Millimiz ən böyükhesablı qələbəsini qazandı

İDMAN

27 Mart 2026 | 21:02

Millimiz ən böyükhesablı qələbəsini qazandı

Azərbaycan millisi "FIFA Series – 2026" beynəlxalq turnirində ilk oyununu keçirib.

Bakıvaxtı.az-ın məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Sent Lüsiya ilə üz-üzə gəlib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma Azərbaycan yığmasının qələbəsi ilə bitib - 6:1.

Komandanın qollarını 2-ci dəqiqədə Emin Mahmudov (p), 21-ci dəqiqədə Rəhim Sadıxov, 37-ci dəqiqədə Musa Qurbanlı, 64-cü dəqiqədə Toral Bayramov, 87-ci dəqiqədə Vüsal İsgəndərli, 89-cu dəqiqədə Rüstəm Əhmədzadə vurublar.

Qonaqlardan Filip Donavan (p) 52-ci dəqiqədə adını tabloya yazdırıb.

Qeyd edək ki, Azərbaycan millisi martın 30-da eyni arenada Syerra-Leone ilə üz-üzə gələcək.


SON XƏBƏRLƏR