• Bakı 11° C

    11.16 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Hindistan Rusiyadan hava hücumundan müdafiə sistemi aldı

DÜNYA

27 Mart 2026 | 18:48

Hindistan Rusiyadan hava hücumundan müdafiə sistemi aldı

Hindistan "Rosoboronexport" şirkəti ilə təxminən 50 milyon dollar dəyərində "Tunguska" zenit-raket sistemlərinin alınması üçün müqavilə imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumat yayıb.

Raket sistemləri Hindistan quru qüvvələri üçün alınır.

Müdafiə Nazirliyi bildirib ki, ən son raket sistemləri Hindistan quru qüvvələrinin çoxqatlı hava hücumundan müdafiə sistemini gücləndirəcək və təyyarələr, dronlar və qanadlı raketlər də daxil olmaqla hava təhdidlərinə qarşı müdafiə imkanlarını artıracaq.

Nazirlik müqavilənin imzalanmasının Hindistan və Rusiya arasında strateji müdafiə tərəfdaşlığının daha da möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıb.


SON XƏBƏRLƏR