• Bakı 11° C

    11.16 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Biləsuvarda “Nissan” aşdı - Xəsarət alanlar var - YENİLƏNİB

HADİSƏ

27 Mart 2026 | 18:27

Biləsuvarda “Nissan” aşdı - Xəsarət alanlar var - YENİLƏNİB

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonunun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

Cəbrayıl rayon sakini, 1950-ci il təvəllüdlü Fəryaz Kəlbiyevin idarə etdiyi "Nissan Sunny" minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində 4 nəfər yaralanıb. Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./Report 

***

17:55

Biləsuvarda “Nissan Sunny” markalı avtomobilin aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Biləsuvar–Bəhrəmtəpə avtomobil yolunun Səmədabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Cəbrayılın Horovlu kənd sakini, 1950-ci il təvəllüdlü Fəryaz Kəlbiyevin idarə etdiyi minik avtomobili qəfil idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü dərhal rayon xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini yüngül qiymətləndirirlər.

Xoşbəxtlikdən, hadisə zamanı avtomobildə olan sürücünün gəlini və üç azyaşlı nəvəsi ciddi deformasiyaya uğrayan maşından xəsarət almadan qurtula biliblər.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR