İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailin Şərif Texnologiya Universitetinə hücumunu qətiyyətlə pisləyib.
Bakıvaxtı.az-ın xəbərinə görə,o "X" platformasında paylaşım edərək hücumu ABŞ-dəki Massaçusets Texnologiya İnstitutunun bombalanmasına bərabər tutub.
O, hücumun İranın texnoloji və elmi gücünü sınağa çəkəcəyini vurğulayıb.Nazir bildirib ki, hücum edənlər iranlıların bilik və qüdrətini görəcəklər.
Murad İsmayıl
Bakı 




