Azərbaycanda polis nəzarəti altında olan rusiyalı hakim Yelena Xaxalevanın bacısı Nataliya Xaxaleva barəsində prokurorluq araşdırmasına başlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Ali Məhkəməsinin sədri İqor Krasnov tapşırıq verib.
Onun tapşırığına əsasən, Rusiya Ali İxtisaslaşmış Həkimlər Kollegiyasında Kubanın dörd hakimi barəsində prokurorluq araşdırmalarıma başlanılıb. Onların arasında Azərbaycanda polis nəzarətində olan Yelena Xaxalevanın bacısı hakim Nataliya Xaxaleva da var.
İstintaqın onların və ailə üzvlərinin bəyan etdikləri gəlirlərə uyğun olmayan aktivlərə sahib olduqları aşkarlanmasına əsaslandığı bildirilib.
TASS Kuban Arbitraj Məhkəməsinin hakimi Nataliya Xaxalevanın müntəzəm olaraq vergilərdən yayınan kommersiya qurumlarının lehinə qərarlar çıxardığını yazıb. Qeyd olunub ki, hakim Nataliya Xaxalevanın qanunsuz hərəkətləri səbəbindən dövlət büdcəsi 1 milyard rubl itirib. Nataliya Xaxalevanın korrupsiya yolu ilə əldə edilmiş iki evə və üç torpaq sahəsinə sahib olduğu aşkar edilib.
Qeyd edək ki, Rusiya İstintaq Komitəsi tərəfindən təqsirləndirilən şəxs qismində cəlb olunaraq beynəlxalq axtarışa verilmiş Yelena Xaxaleva 2025-ci ilin yanvarında Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında DİN-in Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Əvvəlcə olun barəsində Xəzər Rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Daha sonra isə həbs qətimkan tədbiri polisin nəzarətinə vermə qətimkan tədbiri ilə əvəz edilib.
Yelena Xaxalevanın Rusiyaya ekstradisiya edilməsindən imtina olunub./APA
Bakı 




