• Bakı 11° C

    5.37 m/s

  • USD - 1.7

    EUR - 1.959

    RUB - 2.1258

Azərbaycan və Türkiyə arasında insan haqları istiqamətində əməkdaşlıq müzakirə edilib

SİYASƏT

06 Aprel 2026 | 17:03

Azərbaycan və Türkiyə arasında insan haqları istiqamətində əməkdaşlıq müzakirə edilib

Konstitusiya Məhkəməsində Azərbaycanda səfərdə olan Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə Bakıvaxtı.az-a məhkəmədən məlumat verilib.

Bildirilib ki, sədr Fərhad Abdullayev xalqlarımızın ortaq milli-mənəvi dəyərlərindən və ənənələrindən güc alan Azərbaycan-Türkiyə qardaşlığının dünya ölkələrinə bir nümunə olduğunu vurğulayıb.

İki qardaş ölkə arasında sarsılmaz münasibətlər Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri uğurlu siyasət nəticəsində etibarlı strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyi qeyd olunub. Böyük geosiyasi və iqtisadi potensiala malik dövlətlərimizin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, bütün sahələrdə, o cümlədən məhkəmə-hüquq əməkdaşlığının inkişafının daha da gücləndirilməsinə yönəlib.

Bildirilib ki, tarixin önəmli anlarında dövlətimizə dayaq olmuş qardaş Türkiyənin Vətən müharibəsində və Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycanın yanında olması xalqımız tərəfindən daim yüksək qiymətləndirilir. Bu gün Əsas Qanunun hüquqi qüvvəsi suveren republikamızda tam bərpa edilib və işğal altında olan torpaqlarımızın azad edilməsi ilə həm də vətəndaşların konstitusiyada təsbit olunan hüquqlarının müdafiəsi təmin olunub.

Daha sonra sədr Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən məhkəmə-hüquq sistemində uğurla inkişaf etdiyini vurğulayıb.

Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürk göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edərək, ikitərəfli əlaqələri yüksək qiymətləndirib, bu münasibətlərin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edib. Qonaq vurğulayıb ki, "Bir millət, iki dövlət" prinsipi əsasında qurulan əməkdaşlıq dövlət institutları arasında təcrübə mübadiləsi və qarşılıqlı dəstək baxımından mühüm əhəmiyyət kəsb edir.

Görüş zamanı konstitusiya ədalət mühakiməsinin rolu, hüquq sistemlərinin inkişafı, məhkəmə və prokurorluq institutları arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər hüququn aliliyinin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması istiqamətində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd ediblər.

Sonda qonaqlar məhkəmənin binası ilə tanış olub, xatirə fotoşəkilləri çəkdiriblər.


SON XƏBƏRLƏR