• Bakı 12° C

    7.95 m/s

  • USD - 1.7

    EUR - 1.959

    RUB - 2.1258

3 ayda avtobuslarla 120 milyon sərnişin daşınıb

CƏMİYYƏT

06 Aprel 2026 | 15:14

3 ayda avtobuslarla 120 milyon sərnişin daşınıb

Bu ilin yanvar-mart aylarında Bakıda ictimai nəqliyyatla 120 milyona yaxın sərnişin daşınıb.

Bu barədə Bakıvaxtı.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,8 % və ya 7 651 048 nəfər çoxdur.

Qeyd edək ki, 2025-ci ilin sonuna sərnişindaşımada artım tempi 6,2 % olub. Bununla da paytaxtda ictimai nəqliyyatla sərnişindaşımada növbəti rekord qeydə alınıb.

"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, geniş nəqliyyat şəbəkəsinin qurulması, ictimai nəqliyyatdan istifadənin səmərəliliyinin artırılması və avtobus parkının modernləşdirilməsi prioritet məsələlər kimi qeyd olunub. Görülən işlərin nəticəsində hazırda Bakı şəhərində marşrut xətlərində gündəlik 2350-dən çox avtobus fəaliyyət göstərir. Avtobus parkının mərhələli yenilənməsi çərçivəsində ötən il ərzində paytaxta 293, cari ilin 3 ayında isə 169 yeni avtobus gətirilərək istismara verilib.

Qeyd edək ki, daşımalarda istifadə olunan avtobusların 82 %-i nağdsız ödəniş sisteminə inteqrasiya olunub.

AYNA sərnişin daşımalarının təhlükəsiz və səmərəli təşkili, xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirir.


SON XƏBƏRLƏR