İsveçi vuran Deyv fırtınası elektrik kəsintilərinə və dəmir yolu xidmətlərinin qismən pozulmasına səbəb olub.
Bakıvaxtı.az "SVT"yə istinadən xəbər verir ki, təxminən 30 000 ev təsərrüfatı elektriksiz qalıb və enerji şirkəti "Svenska Kraftnat" güclü küləklərin təmir işlərini ləngitdiyini açıqlayıb.
Bundan əlavə, Göteborq və Skövde arasında qatar xidməti relslərin zədələnməsi səbəbindən dayandırılıb. Həmçinin qırılaraq yollara düşən ağaclar nəqliyyat vasitələrinin hərəkətinə mane olub.
İsveç Meteorologiya İnstitutunun ilkin hesablamalarına görə, küləyin sürəti bir gün əvvəl saniyədə 40 metrə çatıb ki, bu da qasırğa gücünün sürətinə bərabərdir.
Gülşən Şərif
Bakı 




