• Bakı 21° C

    4.69 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Belarus Ermənistana nota verdi

DÜNYA

05 May 2026 | 22:25 | Müəllif: Subhan Mahmudov

Belarus Ermənistana nota verdi

Ermənistanın Belarusdakı müvəqqəti işlər vəkili Artur Sərkisyanı bu gün Belarus Xarici İşlər Nazirliyinə çağırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Belarus XİN məlumat yayıb.

“Ermənistan tərəfinin son qeyri-dost hərəkətləri ilə əlaqədar olaraq erməni diplomata sərt etiraz bildirilib və müvafiq nota təqdim edilib”, - məlumatda bildirilib.

Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyan Belarusu Rusiyanın əyaləti adlandırmış və Ermənistanın bu cür əyalət kimi idarə olunmayacağını bəyan etmişdi. Belarus hakimiyyəti buna öz etirazını bildirmişdi.

Xatırladaq ki, Belarus və Ermənistan Aİİ və KTMT-də təmsil olunsalar da, münasibətlərində gərginlik yaşanır. Hətta Ermənistan öz səfirini geri çağırıb və diplomatik nümayəndəlik müvəqqəti işlər vəkili səviyyəsindədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Oktyabr 2026
10 Oktyabr 2026