Ermənistan məhkəməsi arxiyepiskop Baqrat Qalstanyanın barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığına dəyişdirib.
Bakıvaxtı.az xəbər verir ki, bu haqda “Sputnik Ermənistan” məlumat yayıb.
“Arxiyepiskop Baqrat Qalstanyan ev dustaqlığına köçürülüb. Bu qərarı Apellyasiya Məhkəməsi onun vəkili Hovhannes Xudoyanın vəsatətini qismən təmin edərək qəbul edib”, - məlumatda deyilir.
Xatırladaq ki, arxiyepiskop 2025-ci il iyunun 26-da saxlanılıb. O, terrorçuluq, kütləvi iğtişaşlar və hakimiyyəti ələ keçirməyə cəhd ittihamları ilə məsuliyyətə cəlb olunub. Arxiyepiskop özünə qarşı irəli sürülən ittihamları qəbul etmir və baş verənləri siyasi təqib adlandırır.
Bakı 




