q
  • Bakı 12° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.9938

    RUB - 2.2704

Ukrayna Rusiya ilə atəşkəs istəyir - Budanov

DÜNYA

05 May 2026 | 23:40

Ukrayna Rusiya ilə atəşkəs istəyir - Budanov

Ukrayna insanların həyatını qorumaq və təhlükəsizliyi bərpa etmək üçün Rusiya ilə atəşkəs istəyir. Əgər atəşkəs qarşılıqlı olarsa, uzadıla bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Aparatının rəhbəri Kirill Budanov Teleqramda yazıb.

O bildirib ki, rəsmi Kiyevin təklif etdiyi atəşkəs Ukraynanın sülhün bərqərar olmasına dair səmimi istəyindən xəbər verir.

“Konkret bir tarixlə bağlı deyil, həyatların qorunması və təhlükəsizlik naminə. Əgər Prezidentin elan etdiyi atəşkəs qarşılıqlı olarsa, biz onu davam etdirəcəyik və bu, kiçik olsa belə, bizə davamlı sülhün bərqərar olmasına ümid verəcək”, - deyə o vurğulayıb.

Xatırladaq ki, Rusiyanın Müdafiə Nazirliyi Prezident Vladimir Putinin Qələbə Günü münasibətilə mayın 8-ni və 9-unu Ukrayna ilə atəşkəs barədə əmr verdiyini açıqlayıb. Bu addım Ukrayna ilə koordinasiya edilmədən atılıb. Bununla yanaşı, bayram tədbiri hücumlarla pozulacağı təqdirdə, Kiyevin mərkəzinə raket zərbəsinin endiriləcəyi diqqətə çatdırılıb. Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram səhifəsində mayın 5-dən 6-na keçən gecə 00:00-dan atəşkəs elan edildiyini bildirib.


SON XƏBƏRLƏR

05 May 2026