Everest dağında itkin düşən 52 yaşlı dağ bələdçisi Dava altı gün ərzində yeməksiz və susuz qalıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.
Bildirilib ki, Dava mayın 29-da bir polşalı alpinisti zirvəyə apararkən onun bələdçisi olub. Lakin turist donvurma aldığı üçün digər alpinistlərlə birlikdə ikinci düşərgəyə enib və mayın 31-də yürüşü başa vurub. Dava isə “Sarı zolaq” adlanan qayalıq ərazidə qalıb.
İtkin düşməsinə baxmayaraq, onun çalışdığı şirkət axtarış üçün xilasedici göndərməyib.
Məlumata görə, iyunun 3-də başqa bir təşkilat helikopterlə axtarış aparsa da, Davanı tapa bilməyib. Bu müddətdə o, aclıq, susuzluq və soyuqla mübarizə apararaq dağdan təkbaşına enməyə çalışıb. Hətta buzlağı keçmək üçün sürünmək məcburiyyətində qalıb.
İyunun 4-də Everestdə tullantı toplayan komanda onu təsadüfən aşkar edib. Dava helikopterlə Katmandudakı xəstəxanaya aparılıb. Onun donvurma aldığı və danışmaqda çətinlik çəkdiyi bildirilib./Qafqazinfo
Bakı 




