İrəvanda Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəyə səfərinə etiraz olaraq Ukrayna bayrağı yandırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bayraq Yerablur hərbi panteonunda yandırıblar.
"Ukraynadan göndərilən fosfor silahları ilə yandırılan qardaşlarımız burada əbədi yuxuda yatırlar. Bu gün bu ölkənin prezidenti buraya fəxri qonaq kimi gəlib. Biz bu rüsvayçılığa ortaq olmaq niyyətində deyilik", - deyə bayraq yandıranlardan biri bildirib.
Qeyd edək ki, Azərbaycanın 44 günlük müharibə zamanı fosfor silahlarından istifadə etməsi ilə bağlı ermənilərin iddiaları cəfəngiyatdır. Erməni separatçılarının özü Şuşa yaxınlığında silah anbarlarını fosfor tərkibli vasitələrlə yandırıblar.
Bakı 




