Əməliyyatın başlamasından otuz yeddi gün keçib.
Bakıvaxtı.az bu barədə İran Müharibəsi Xərcləri İzləyicisi portalına istinadən məlumat verir.
Portalın hesablamaları Pentaqonun Konqresə təqdim etdiyi hesabata əsaslanır.
Hesabatda ilk altı günün Vaşinqtona 11,3 milyard dollara başa gəldiyi, xərclərin isə gələcəkdə gündəlik 1 milyard dollara çatacağı gözlənilir. Ümumilikdə isə, ABŞ-nin İrana qarşı əməliyyatının dəyəri 42,4 milyard dolları keçib.
Gülşən Şərif
Bakı 




