q
  • Bakı 14° C

    4.99 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.2641

Ermənistan elan etdi: Artıq əsl sülh var

DÜNYA

06 May 2026 | 15:26

Ermənistan elan etdi: Artıq əsl sülh var

"Artıq Azərbaycanla əsl sülhümüz var".

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. 

O, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmasa da, iki ölkə arasında artıq sülhün bərqərar olduğunu açıqlayıb: "Azərbaycanla sərhəddə heç bir hadisə baş verməyib, iki ildən çoxdur ki, sərhəd atışmalarından heç bir itki olmayıb. Üstəlik, Azərbaycan öz ərazisindən Ermənistana malların daşınmasına qoyulan məhdudiyyətləri aradan qaldırıb. Bu, artıq sülhə doğru böyük bir addımdır. Biz həmçinin Azərbaycanla ikitərəfli ticarətə başlamışıq, Azərbaycandan neft məhsulları alırıq və bəzi malları Azərbaycan şirkətlərinə satacağıq. Bu, həqiqətən də sülhün sübutudur. Deyə bilmərəm ki, bütün məsələlər həll olunub. Çox qanlı münaqişəmiz olub, yaralarımız çox təzədir və hər iki xalqın hələ də əsl barışığa ehtiyacı var. Amma yol çox nikbindir". 


SON XƏBƏRLƏR

05 May 2026