• Bakı 11° C

    5.37 m/s

  • USD - 1.7

    EUR - 1.959

    RUB - 2.1258

Üç rayonun qazı KƏSİLDİ

CƏMİYYƏT

06 Aprel 2026 | 18:10

Üç rayonun qazı KƏSİLDİ

Aprelin 5-də çaylarda sel suların artması və məcranın aşması nəticəsində Xaçmaz Rayon Qaz İstismar İdarəsi (RQİİ) üzrə bir sıra ərazilərdə qaz təminatı dayanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Xaçmaz Rayon RQİİ məlumat yayıb.

Bildirilib ki, Qusar rayonu Gündüzqala kəndində 110, Yuxarı Tahircalda 83, Quxurobada 180, Kriqdə 10 abonentin qaz təhcizatında fasilə yaranıb.

Şabranda rayonu kənd xətti istiqaməti Xırdaoymaqda 47, Ağalıq Təzəkənddə 75, Söhbətlidə 79, Söhbətli Türklərində 31, Ağalıqda 676, Daşlı yataqda 48, Günəşlidə 146, Borborda 31, Padarda 108, Rəhimlidə 314, Məliklərdə 69, Uzunboyadda 374, Aygünlüdə 156, Mollakamallıda 96, Pirəmsəndə 237, Şahnəzərlidə 253, Gəndobda 623, Surrada 14, Əmirxanı, Velesli, Ceyranlı və Qazbabalı kəndlərində ümumilikdə 504 abonentin; Siyəzən rayonu Qozagacı, Məşriş və Qalaaltı kəndlərində ümumilikdə 358 abonentin, Yenikənd, Gilgilçay və Tagay kəndlərində 864 abonentin qaz verilişində fasilə yaranıb.

Belə ki, 32 kənd olmaqla ümumilikdə 5 484 abonentin qazı kəsilib.


SON XƏBƏRLƏR