• Bakı 12° C

    7.91 m/s

  • USD - 1.7

    EUR - 1.959

    RUB - 2.1258

Yağışdan sonra acı reallıq: Kimlər kompensasiya ala bilməyəcək?

CƏMİYYƏT

06 Aprel 2026 | 15:26

Yağışdan sonra acı reallıq: Kimlər kompensasiya ala bilməyəcək?

Mərkəzi Bankın məlumatına görə, bu ilin yanvar-fevral aylarında Azərbaycanın sığorta şirkətləri daşınmaz əmlakın icbari sığortası üzrə toplam 5 milyon 56 min manat sığorta haqqı toplayıb. Bu göstəricinin həcmi 2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 74% və ya 14 milyon 422 min manat azalıb.

Bundan başqa, ötən ilin yanvar-fevral ayında sığorta şirkətləri sözügedən sığorta növü üzrə topladıqları hər 100 manatdan 3.4 manatını ödənişə yönəltmişdirsə, cari ilin ilk ayında bu rəqəm 8.6 manat təşkil edib.

Bəs görəsən, problemlər zamanı yaranan zərərlərin kompensasiyasının təmin olunmasında hansı struktur və inzibati boşluqlar əsas rol oynayır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan əmlak eksperti Anar Nəsirov bildirib ki, hazırda danşınmaz əmlakın sığortası ilə bağlı müəyyən problemlər mövcuddur. Bu problemlərdən ən əsası evlərin çoxunun sənədinin olmamasıdır:

"Fərdi yaşayış evinin sənədi olmadığına görə sakin əksər hallarda mülklərini sığorta etdirə bilmir. Nəticədə gələcəkdə fors-major hallar yaşananda sakin zərər dəyən evinə görə kompensasiya ala bilmir”.

Müsahibimiz vurğulayıb ki, bu gün paytaxt Bakı və ətrafında 500 mindən çox sənədsiz ev var. Dediyinə görə, hazırda bir neçə gündür davam edən yağışlı havanı nəzərə alsaq, həmin sənədsiz evlərdən zərərçəkən varsa, sığortadan 1 manat belə düşmür:

“Əgər sözügedən evlər çıxarışla təmin olunarsa, insanların rahatlığı da təmin olunar. Çünki sənədi olmayan evləri kommunikasiya xətlərinə qoşmaq mümkün olmur və ev sahibi digər imtiyazlardan istifadə edə bilmirlər".

Anar Nəsirov: Sənədsiz evlərə çıxarış verilsə, insanların rahatlığı da təmin olunar

Ekspertin sözlərinə görə, sənədsiz evlərə çıxarış verilməsi dövlət büdcəsi üçün də faydalı ola bilər və büdcəyə əlavə vəsaitlər gələr. Çünki ev sənədsiz olduğuna görə dövlət büdcəsinə vergi də ödənmir.

"Evlərin alqı-satqısı və kirayə verilməsi zamanı büdcəyə əlavə vəsaitlər köçürülür. Lakin indiki məqamda həmin sənədsiz evlərin alqı-satqısı zamanı dövlətə heç bir vergi ödənilmir. Ona görə ki, evin qanuni sənədləri yoxdur və proses hüquqi müstəvidə aparılmır", - deyə Anar Nəsirov izah edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR