Səudiyyə Ərəbistanının Ankaradakı səfiri Fəhad bin Əsəd bin Əbdülkərim Əbu Əlnəsr ölkəsi ilə Türkiyə arasındakı münasibətlərin sürətli və keyfiyyətli inkişaf etdiyini bildirib.
Bakıvaxtı.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, o, bu inkişafın hər iki ölkə rəhbərliyinin qarşılıqlı səfərləri və strateji baxışları sayəsində mümkün olduğunu vurğulayıb.
Əbu Əlnəsr iqtisadi əməkdaşlıq sahələrində, xüsusən investisiya, bərpa olunan enerji, sənaye, tikinti, turizm və qabaqcıl texnologiyalar üzrə perspektivlərin geniş olduğunu qeyd edib.
Səfir regional sabitliyin təmin olunmasında və gərginliyin azaldılmasında Türkiyə ilə əməkdaşlığın vacib olduğunu bildirib.
İranın son hücumlarına dair mövqeyi açıqlayan səfir Səudiyyə Ərəbistanının dövlət suverenliyinə hörmət və beynəlxalq hüququn qorunmasını prioritet saydığını deyib.
Eyni zamanda, Krallığın enerji sabitliyi və dəniz yollarının təhlükəsizliyinə verdiyi töhfələr önə çıxarılıb. Səfir həmçinin Həcc və Ümrə zəvvarlarına xidmət sahəsində Türkiyə ilə əməkdaşlığın inkişaf etdiyini vurğulayıb.
Əli Hüseynov
Bakı 



