• Bakı 11° C

    7.95 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

72 yaşlı qadın insan alveri edib?

CƏMİYYƏT

06 Aprel 2026 | 12:42

72 yaşlı qadın insan alveri edib?

Bakıda qadınları fahişəliyə cəlb edən 1954-cü il təvəllüdlü Yelena Əliyevanın məhkəmə prosesi başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə ittiham olunan qadının əməlinə Yasamal Rayon Məhkəməsində baxılıb.

Təqsirləndirilən şəxs məhkəmədə əməlini etiraf edib. O, müxtəlif qadınları 500-1000 manat müqabilində fahişəliyə cəlb etdiyini bildirib.

Məhkəmə belə qənaətə gəlib ki, Y.Əliyevaya 72 yaşda təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzaların ən ağırının təyin edilməsi onun səhhətinə mənfi təsir göstərə bilər və bu səbəbdən şəxsin islah olunmasında ağır cəza effektiv və məqsədəmüvafiq hesab edilə bilməz. Bundan başqa, məhkəmə qadının fiiziki və psixoloji vəziyyətinin zəifləməsini, təkrar cinayət törətmək ehtimalının aşağı olmasını da nəzərə alıb. Bu səbəbdən ona 3500 manat pul cəriməsi kəsilib.

Qeyd edək ki, Y.Əliyeva daha öncə də eyni əməllərə görə məsuliyyətə cəlb olunub./Teleqraf


SON XƏBƏRLƏR