Ötən ayın 6-da Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Əliyeva vəzifəsindən azad edilib.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, hazırda onun səlahiyyətlərini başqa şəxs icra edir.
Bildirilib ki, bu vəzifənin səlahiyyətlərini müvəqqəti olaraq Sehran Alışov yerinə yetirir.
Qeyd edək ki, S. Alışov hazırda sözügedən icra hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri vəzifəsində çalışır.
Murad İsmayıl
Bakı 




