q
  • Bakı 10° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.268

Daha 3 xəstəxananın direktoru işdən çıxarıldı – TƏBİB-də dəyişikliklər genişlənir

CƏMİYYƏT

21 Aprel 2026 | 19:04

Daha 3 xəstəxananın direktoru işdən çıxarıldı – TƏBİB-də dəyişikliklər genişlənir

TƏBİB sistemində kadr dəyişiklikləri davam edir.

Bakıvaxtı.az  Bakupost.az-a istinadən xəbər verir ki, daha 3 iri tibb müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib. Belə ki, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Könül Ələkbərov, Respublika Uroloji Xəstəxanasının direktoru Pərviz Hacıyev və Abşeron Mərkəzi Rayon Xəstəxanasının direktoru Səkinə Sadıxova vəzifəsindən çıxarılıb.

Məlumatlara görə, son qərarlar TƏBİB-də başlanmış genişmiqyaslı idarəetmə və kadr islahatlarının növbəti mərhələsi hesab olunur.

Qeyd edək ki, bundan əvvəl “Yeni Klinika”nın direktoru, eləcə də bir neçə müşavirin işdən azad olunması barədə xəbərlər yayılmışdı. Bu dəyişikliklər səhiyyə sistemində ciddi yenilənmə prosesinin getdiyini göstərir.

Məsələ ilə bağlı TƏBİB-dən rəsmi açıqlama almaq mümkün olmayıb.


SON XƏBƏRLƏR