q
  • Bakı 10° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.268

Kirayə mənzil fonduna daha 237 mənzil əlavə olundu

    CƏMİYYƏT

    21 Aprel 2026 | 16:56

    Kirayə mənzil fonduna daha 237 mənzil əlavə olundu

    İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində 237 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edir. Yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 925 manatdan başlayır.

    Fonddan Bakıvaxtı.az-a bildirilib ki, yeni mənzillər seçim üçün 28 aprel 2026-cı il tarixində saat 15:00-dan etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid (https://mcgf.gov.az/az/menu/202) vasitəsilə tanış ola bilərlər.

    Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçirilir.

    Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı fondun internet səhifəsi (www.mcgf.gov.az) və rəsmi Youtube kanalı (https://www.youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin “1549” Çağrı Mərkəzindən əldə etmək mümkündür.

    Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 9306 kirayə müqaviləsi bağlanıb.


    SON XƏBƏRLƏR