q
  • Bakı C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.268

İsrail türk ölkəsindəki bu olayı kəskin qınadı

DÜNYA

21 Aprel 2026 | 19:23

İsrail türk ölkəsindəki bu olayı kəskin qınadı

İsrailin Qazaxıstandakı səfirliyi, eyni zamanda Qırğızıstandakı diplomatik nümayəndəliyi Oş şəhərində oteldə antisemit yazını pisləyən bəyanat yayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə səfirliyin Feysbuk səhifəsində məlumat yayılıb.

"İsrailin Qazaxıstan və Qırğızıstan səfirliyi Oş şəhərindəki bir oteldə açıq antisemit və təhqiramiz ifadənin yer aldığı lövhənin görünməsini qətiyyətlə pisləyir", - deyə bildirilib.

Diplomatik missiya hesab edir ki, bu cür ifadələr qəbuledilməzdir və hörmət, bərabərlik və insan ləyaqətinin fundamental prinsiplərinə ziddir.

Qeyd edək ki, Qırğızıstanın Oş şəhərindəki bir oteldə “Yəhudilərə və heyvanlara giriş qadağandır” yazısı olan lövhə asılıb.


SON XƏBƏRLƏR