Tehran hesab edir ki, Vaşinqton Hörmüz boğazını dənizdən blokada etməklə İranın təslim olmasına çalışır, lakin İslam Respublikasının təhdid altında danışıqlar aparmaq niyyəti yoxdur.
Bakıvaxtı.az "İRNA"ya istinadən xəbər verir ki, bunu İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, atəşkəsin son iki həftəsində İran döyüş meydanında yeni kartlar ortaya çıxarmağa hazır olub.
"Tramp boğazın blokadasını tətbiq etməklə və atəşkəsi pozmaqla, aldadıcı şəkildə danışıqlar masasını təslimolma masasına çevirməyə və ya hərbi əməliyyatların yenidən başlamasını əsaslandırmağa çalışır. Biz təhdidlərin kölgəsi altında danışıqları qəbul etmirik", - deyə Qalibaf yazıb.
Qeyd edək ki, ABŞ və İran arasındakı atəşkəs 22 apreldə başa çatır.
Gülşən Şərif
Bakı 




