q
  • Bakı 10° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.268

Gürcüstan kimi bizi də itirəcəksiniz - Zelenski

DÜNYA

21 Aprel 2026 | 18:31

Gürcüstan kimi bizi də itirəcəksiniz - Zelenski

Əgər Ukrayna, Türkiyə, Norveç və Böyük Britaniya AB üzvləri olsaydılar, dünyanın ən güclü ordusuna sahib olardınız.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Bu, dünyanın ən güclü ittifaqına çevrilərdi. Birlikdə bu ölkələr və Avropa Birliyi ağıllı mühəndislərə, ən yaxşı texnologiyalara, ən yaxşı dronlara, raketdən müdafiə vasitələrinə, radioelektron mübarizə sistemlərinə və proqram təminatına malikdir.

Bizə siyahını verin, biz hər şeyi edəcəyik. Bizə “yüngülləşdirilmiş AB” təqdim etməyin, bizimlə dürüst olun. Bizə konkret bir tarix verin.

Əlavə heç nə tələb etməyin. Bizi digər namizəd ölkələr kimi qəbul edin. Əks halda, Gürcüstan kimi Ukraynanı da itirmək riskiniz var”, - o bildirib./Axar.az


SON XƏBƏRLƏR