"Metro xətləri üzrə olan bütün şəhərdaxili marşrutlara əlavə avtobusların cəlb olunması həyata keçirilir".
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab ollaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, daşıyıcılara xətlərə əlavə və ehtiyat nəqliyyat vasitələrinin buraxılması ilə bağlı tapşırıq verilib.
Prosesə nəzarət olunur.
***
13:58
Xəbər verdiyimiz kimi, Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.
Hadisə nəticəsində təxliyə olunan sərnişinlər avtobuslara üz tuturlar. Bu isə sayanacaqlarda sıxlığa səbəb olub.
Sıxlığın qarşısını almaq üçün hər hansı tədbirlərin görülməsi ilə bağlı Bakıvaxtı.az AYNA-ya sorğu ünvanlayıb. Qurumdan bildirilib ki, hər hansı məlumat olarsa, ictimaiyətə açıqlama veriləcək.
Aynur Babazadə
Bakı 




