Sidik yolları infeksiyaları cəmiyyətdə ən çox yayılmış yoluxucu xəstəliklərdən biri hesab olunur.
Bakıvaxtı.az "İndigodergisi.com"a istinadən xəbər verir ki, bu infeksiya sidik sistemində mikrobların çoxalması ilə meydana gələn iltihabi bir vəziyyətdir.
Bu bakteriyalar əsasən çox mənşəlidir. Xüsusən də "Escherichia coli" adlı bakteriya infeksiyanın yaranmasına səbəb olur. İnfeksiyanın inkişafı, immun sisteminin zəiflədiyi və ya sidik axının pozulduğu anatomik proseslərdə daha sürətli baş verir.
Sidik yolu xəstəlikləri anatomik baxımdan iki əsas qrupa bölünür: aşağı və yuxarı xəstəliklər. Aşağı sidik yolu infeksiyası daha yüngül hesab olunur. Əlamətlər arasında tez-tez sidiyə çıxma, yanma hissi və sidikdə pis qoxu olur. Yuxarı sidik yolu infeksiyası isə daha ciddi vəziyyət yarada bilər. Bu zaman xəstədə yüksək hərarət, bel nahiyəsində ağrı və ümumi halsızlıq müşahidə edilir. Sidik yolu xəstəliyi riski yaş artdıqca yüksəlir.
Sidik yolu infeksiyası müalicə ilə keçirmi?
Xəstəliyin müalicəsində antibiotiklərdən istifadə olunur. Antibiotik müalicəsi simptomların tez aradan qaldırılmasını təmin edir və infeksiyanın yayılmasının qarşısını alır. Bundan əlavə, çoxlu maye qəbul etmək də vacibdir. Müalicəyə başlamazdan əvvəl həkim adətən sidik nümunəsi götürərək infeksiyanın növünü təyin edir. Bu, uyğun antibiotiki seçməyə və düzgün dozanı təyin etməyə kömək edir. Müalicə prosesində həkimlər adətən geniş spektrli antibiotiklər təyin edirlər. Bu dərmanlar müxtəlif növ bakteriyalara qarşı təsirli ola bilər. Ancaq müalicənin uğurlu olması üçün xəstə həkim tərəfindən təyin olunan doza və istifadə təlimatlarına tam əməl etməlidir. Antibiotiklərdən düzgün istifadə etməmək infeksiyanın təkrarlanmasına və antibiotik müqavimətinin inkişafına səbəb ola bilər. Xəstəliyin müalicəsi, antibiotiklərin və digər müalicə üsullarının istifadəsi ilə yanaşı, sidik yollarının təmizlənməsi kimi əhəmiyyətli bir müalicəni də ehtiva edir. Sidik yollarının təmizlənməsi infeksiyanın yayılma riskini azaltmaqla və simptomların aradan qaldırılmasına töhfə verməklə müalicə prosesinə müsbət təsir göstərir.
Sidik yolları infeksiyası vaxtında müalicə edilmədikdə böyrəklərə yayılaraq ciddi problemlərə səbəb ola bilər. Bu vəziyyət piyelonefrit adlanır və sidik yolları infeksiyasının ağırlaşmış forması hesab olunur. Böyrək infeksiyaları yüksək hərarət, titrəmə, bel ağrısı və ümumi yorğunluq kimi simptomlarla özünü göstərə bilər.
Sidik yolu infeksiyasından necə qorunmaq olar?
Sidik yolu infeksiyasıya yoluxmamaq və infeksiyanın təkrarlanmasının qarşısını almaq üçün bəzi sadə profilaktik tədbirlər var. Bu tədbirlər gündəlik həyat tərzində kiçik dəyişikliklərlə infeksiya riskini əhəmiyyətli dərəcədə azalda bilər. İlk növbədə, kifayət qədər su içmək bakteriyaların sidik yollarında yığılmasının qarşısını alır. Hər gün 1.5–2 litr su qəbul etmək sidik axınını sürətləndirərək təmizləyici təsir göstərir. Həmçinin tualet gigiyenasına diqqət sidik yollarına keçə biləcək mikroorqanizmlərin qarşısını almaqda əsas rol oynayır. Eyni zamanda sintetik alt paltarları və dar geyimlər əvəzinə, pambıq materiallara üstünlük vermək tövsiyə olunur.
Güclü immun sistemi də sidik yolları infeksiyasına qarşı təbii qoruma təmin edir.
İmmun sistemi zəif olan şəxslərdə infeksiya riski daha yüksəkdir. İmmun sistemini gücləndirmək üçün balanslı və qidalandırıcı pəhriz əsas şərtdir. Vitamin C ilə zəngin qidalar, portağal, kivi və qreypfrut immuniteti dəstəkləyir və bakteriyalarla mübarizəni gücləndirir. Eyni zamanda müntəzəm fiziki aktivlik və yaxşı yuxu rejimi də immun sistemi möhkəmləndirmək üçün əvəzolunmazdır.
Gülşən Şərif
Bakı 




