q
  • Bakı 10° C

    3.81 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.268

Bu icra başçıları vəzifəsindən azad edilə bilər - AÇIQLAMA

SİYASƏT

21 Aprel 2026 | 16:07

Bu icra başçıları vəzifəsindən azad edilə bilər - AÇIQLAMA

Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi və vətəndaş məmnunluğunun artırılması istiqamətində həyata keçirilən kadr islahatları cəmiyyətin diqqət mərkəzindədir.

Xüsusilə yerli icra hakimiyyəti orqanlarında şəffaflığın təmin edilməsi və xalqla birbaşa ünsiyyətin qurulması məmurlar qarşısında qoyulan əsas tələblərdən birinə çevrilib.

Milli Məclisin deputatı Elman Nəsirov yerli icra hakimiyyəti strukturlarında gözlənilən kadr dəyişiklikləri və islahatlarla bağlı məsələlərə münasibət bildirib.

Deputat Bakıvaxtı.az-a danışarkən qeyd edib ki, ölkədə aparılan kadr islahatları birbaşa vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir.

Onun sözlərinə görə, dövlət başçısı məmurlar qarşısında xalqın içində olmaq və onların problemlərini həll etmək tapşırığını qəti şəkildə qoyub.

Elman Nəsirov, deputat

Elman Nəsirov vurğulayıb ki, işinin öhdəsindən gələ bilməyən, rüşvət və korrupsiya yolunu seçən onadək icra başçısı artıq həbs edilib, çoxsaylı yüksək vəzifəli şəxs isə vəzifəsindən kənarlaşdırılıb. Məmurların fəaliyyəti onların prezident tərəfindən qoyulan tapşırıqları hansı səviyyədə icra etməsinə və vətəndaşların onlardan nə dərəcədə razı qalmasına əsasən qiymətləndirilir.

Bakı şəhəri və paytaxtın böyük rayonları ilə bağlı kadr məsələlərinə toxunan müsahibimiz bildirib ki, bu istiqamətdə də eyni yanaşma mövcuddur. O, qərar qəbul etmə və qiymətləndirmə səlahiyyətinin birbaşa cənab prezidentə məxsus olduğunu xatırladıb. Vəzifəsini ləyaqətlə icra edən məmurların daha da irəli çəkildiyini, qanunazidd yol tutanların isə hüquqi müstəvidə cəzalandığını qeyd edib.

Murad İsmayıl


SON XƏBƏRLƏR