q
  • Bakı 10° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.268

Rəşid Behbudov adına teatrın Lənkəranda qastrol konserti - FOTOLAR

MƏDƏNİYYƏT

21 Aprel 2026 | 16:08

Rəşid Behbudov adına teatrın Lənkəranda qastrol konserti - FOTOLAR

Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, ölkənin aparıcı bədii kollektivlərinin iştirakı ilə Bakı şəhərini və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramının növbəti ünvanı Lənkəran şəhəri olub. 

Bakıvaxtı.az xəbər verir ki, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının kollektivi aprelin 20-də Lənkəran şəhər Qəni Vəliyev adına Mədəniyyət Mərkəzində konsert proqramı ilə çıxış edib.  

Teatrın Estrada-Simfonik Orkestri və solistlərin ifasında Rafiq Babayevin “Parafraz” əsəri, eləcə də “Əhməd haradadır?”, “Dədə Qorqud”, “Babək”, “Bəxt üzüyü” kimi məşhur Azərbaycan filmlərindən seçilmiş musiqi nömrələri səsləndirilib. Bundan əlavə, Rauf Hacıyev, Tofiq Quliyev, Arif Məlikov, Oqtay Kazımi və Eldar Mansurovun qəlboxşayan bəstələri ifa olunub.

Konsertdə Xalq artisti Gülyaz Məmmədova, İlhamə Qasımova, Taleh Yəhyayev, Ayşən Mehdiyeva, Rövşən Qəhramanov, Aynur İsgəndərli, Natəvan Quliyeva, Fəxri Kazım-Nicat və digər solistlərin mahir ifaları musiqisevərlərə unudulmaz sənət zövqü bəxş edib.
Lənkəranın məşhur “Nənələr” folklor xalq kollektivinin orkestrin müşayiəti ilə çıxışı isə musiqili gecəyə xüsusi rəng qatıb.


SON XƏBƏRLƏR