q
  • Bakı 10° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.268

"Ciddi soruşuram, şou-biznes nədir?" - Əməkdar artistlər

ŞOU

21 Aprel 2026 | 16:17

Ciddi soruşuram, şou-biznes nədir? - Əməkdar artistlər

"Şou-biznes var? Mən bilmirəm... Şou-biznes nədir bilmirəm. Zarafat etmirəm. Biz şou-biznes adamıyıq? Azərbaycan kanallarına Azərbaycan gözü ilə baxıram. O vaxt şou-biznes yox idi. İliyimizə, qanımıza necə hopubsa eləyik".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva "Gün ortası" proqramında deyib. 

Müğənni özünü şou-biznesdə görmədiyini deyib. 

Əməkdar artist Könül Kərimova isə onun sözlərini təsdiqləyərək, səhnədə şou göstərmədiyini əlavə edib:

"Biz şou-biznesdə deyilik, əsla. Şou başqa anlamdır. Biz şou adamı deyilik. Oxuduğumuza, geyimlərimizə baxsanız görərsiniz. Şou-biznesdə mehribançılıq yoxdur. Hərə öz aləmində, istəyində, düşüncəsindədir.  Şou göstərsəydik yanımızda oxuyanda rəqqaslar olardı. Biz bir mahnı oxuyanda yüz dəfə fikirləşirik. Geyimimizə, oxuduğumuza baxanda görürsən ki, şou adamı deyilik"./Axşam.az 


SON XƏBƏRLƏR