q
  • Bakı 10° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.268

Bernardo Silva üçün "yarışa girdilər"

İDMAN

21 Aprel 2026 | 17:42

Bernardo Silva üçün yarışa girdilər

“Mançester Siti” ilə yollarını ayırmağa hazırlaşan Portuqaliya millisinin ulduzu Bernardo Silva karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, “Qalatasaray” 31 yaşlı futbolçuya 2 illik müqavilə təklif edib.

Həmçinin, “sarı-qırmızılılar” Silva üçün illik 15 milyon avro məvacib nəzərdə tutur. “Fənərbağça” da futbolçu üçün təklif hazırlayır.

Eyni zamanda, Səudiyyə Ərəbistanı klublarının da çox yüksək maliyyə təklifi ilə prosesə qoşulduğu bildirilir.

Hazırda bazar dəyəri 27 milyon avro olan Bernardo Silvanın 9 mövsümlük Premyer Liqa karyerasından sonra bu yay “Mançester Siti”dən azad agent kimi ayrılması gözlənilir.


SON XƏBƏRLƏR