q
  • Bakı 10° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.268

Aslan Hüseynovdan danışıb KÖVRƏLDİ - VİDEO

ŞOU

21 Aprel 2026 | 17:12

Aslan Hüseynovdan danışıb KÖVRƏLDİ - VİDEO

Müğənni Səidə Dadaşova efir zamanı mərhum həmkarı Aslan Hüseynov barədə danışarkən kövrək anlar yaşayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, sənətçi bildirib ki, Aslan Hüseynov onun üçün sadəcə həmkar deyil, həm də böyük qardaş kimi yaxın insan olub. O, mərhum sənətçi ilə bağlı xatirələrini bölüşərək emosional anlar keçirib.

Səidə Dadaşova qeyd edib ki, çətin anlarında Aslan Hüseynov ona dəstək olur, zarafatları ilə onu güldürməyə çalışırdı. "Mən ağlayanda deyirdi ki, indi görək sazı əlinə alıb nə deyəcəksən" sözlərini xatırlayan ifaçı studiyada göz yaşlarını saxlaya bilməyib.

Onun bu çıxışı efirdə duyğulu atmosfer yaradıb və sosial şəbəkələrdə də geniş müzakirə olunub./Milli.Az


SON XƏBƏRLƏR