• Bakı 20° C

    4.06 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Bütün qanunsuz hərəkətlərə sərt cavab veriləcək - Tbilisi meri

DÜNYA

08 Sentyabr 2025 | 19:41 | Müəllif: Subhan Mahmudov

Bütün qanunsuz hərəkətlərə sərt cavab veriləcək - Tbilisi meri

Müxalifətin “hökuməti yerli seçkilərdə çoxlu sürprizlər gözləyir” kimi bəyanatları Gürcüstanda sabitliyi pozmaq və cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi daşıyır.

Bakıvaxtı.az xəbər verir k, bu sözləri Tbilisi meri Kaxa Kaladze ölkənin əsas ana müxalifət partiyası olan Vahid Milli Hərəkat partiyasının üzvü Sopo Caparidzenin bəyanatına cavab verərkən söyləyib.

O qeyd edib ki, dövlət çevrilişi ilə bağlı səslənən çağırışlar, eləcə də müxtəlif yalan məlumatların fakt kimi təqdim olunması ölkəyə nihilizmin yeridilməsinə və cəmiyyətdə sualların yaranmasına yönəlib.

“Hamı bilməlidir ki, bütün qanunsuz hərəkətlərə müvafiq qurumlar tərəfindən sərt cavab veriləcək”, - deyə Kaladze vurğulayıb.

Onun sözlərinə görə, hökumət qarşıdan gələn seçkilərdə qalib gələcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR